Acqua Retems | RETEMS ACQUA xeyriyyə auksionunda iştirak etdi.
130
post-template-default,single,single-post,postid-130,single-format-standard,ajax_fade,page_not_loaded,,qode-title-hidden,qode-child-theme-ver-1.0.0,qode-theme-ver-17.1,qode-theme-bridge,transparent_content,disabled_footer_top,disabled_footer_bottom,wpb-js-composer js-comp-ver-6.7.0,vc_responsive

RETEMS ACQUA xeyriyyə auksionunda iştirak etdi.

7 iyun 2015 il tarixində Azərbaycanın Qolf Federasiyasının təşkili ilə Rixos Quba Azerbaijan-da qolf üzrə turnir keçirildi. Tədbir proqramına Nargis Fund və Olive Project reklam agentliyinin təşkil etdiyi xeyriyyə auksionu da daxil edilmişdi.

Auksiondan əvvəl NARGİS nəşriyyat evinin direktoru Könül Nağıyeva qonaqları salamladı və sonra öz çıxışında onları «Nimman-Pik» xəstəliyindən əziyyət çəkən balaca Şəhriyar Kərimova əl tutmağa çağırdı. Bu çox nadir genetik xəstəlik Azərbaycanda ilk dəfədir ki qeydə alınıb.

Auksion üçün işlər «YARAT!» qeyri-hökümət təşkilatının təsis etdiyi YaY müasir incəsənət Qalereyası və Vault Privé lüks sinifli centlmen klub butiki tərəfindən təqdim edilmişdi. Auksiondakı 5 lotun sırasında rəsm və heykəltəraşlıq əsərləri, eləcə də kişilər üçün müxtəlif aksessuarlar yer almışdı.

Auksionun ən bahalı lotu NAR nərdi oldu ki, onu əldə etmək üçün qızğın hərraclar başladı. Nərd taxtasının dizaynı milli ənənələrimizin ruhunda hazırlanaraq rifah və məhsuldarlığın rəmzi sayılan narı əks etdirirdi. Nərdin bütün detalları peşəkar Britaniya ustalarının əl işidir.

Bir saat davam edən auksion bitdikdən sonra tamaşaçılar Mikayıl Rəfiyevin solo ifasında Life Lounge Project konsertini dinlədilər.

Auksiondan əldə edilən vəsait bütövlükdə ömrünün sonuna qədər müalıcə və həkim nəzarətinə ehtiyacı olan 8-yaşlı Şəhriyar Kərimovun müalicəsinə keçiriləcək.



© 2016 – 2018 Acqua Retems part of Retems Group LLC. All rights reserved.