Təxminən 100 ildən sonra Selters kəndinin sakinlərindən bir qrup könüllü, axtarış-kəşfiyyat işləri apararaq əfsanəvi mineral suyunun mənbəyinə çatmaq niyyəti ilə buruq qazdılar. Və 1896-cı ildə buruqların birindən göz yaşı kimi şəffaf su fəvvarəsi vurdu. Bu önəmli olay əsl bayram kimi qeyd edildi.
İlk su quyusu sonuncu alman kayzerinin həyat yoldaşının şərəfinə “Selters-Sprudel-Augusta-Victoria” adlandırıldı.
Qiymətli mineral su ağır saxsı bardaqlarda bütün dünyaya çatdırılırdı və tezliklə Selters adı premium mineral suyun sinoniminə çevrildi.
Sankt-Peterbuqrdan Nyu-Yorkai, Londondan Florensiyaya kimi Seltersin möcüzəvi dadı ən yüksək təbəqələrdə rəğbət qazandı. Hətta bu gün adi mineral suyu belə Türkiyədə “Seltz Suyu”, Rusiyada “Selterskaya”, Portuqaliyada isə “Agua de seltz” вadlandırılır.
Həmin su haqqında bir çox əfsanələr mövcuddur ki, onlardan birinin 1000-ci ildə yaranması güman edilir:
“Sole suyunun məskəni olan Nuvolento kəndinin, demək olar ki, bütün sakinləri taun epidemiyası nəticəsində dünyasını dəyişirdi. Qonşuluqda yerləşən monastırın keşişləri xəstəliyin yoluxmasını izləmək məqsədilə kəndlilərin evlərinə baş çəkirdilər. Taunun olmadığı evlərin üzərinə «Ego Sum» (lat. «Mən varam») damğası vurulardı – bu o demək idi ki, epidemiya həmin evdən yan keçib.
Epidemiya bitdikdən sonra keşişlər belə bir nəticəyə gəldilər ki, xəstəliyə yoluxmayam ailələr, sən demə, həmin mənbəyin suyundan istifadə edirmişlər. Məhz buna görə Nuvolentonun sakinləri çeşməni «uzun ömür mənbəyi» adlandırmağa başladılar“.
Qablama: təkrar emal olunmuş şüşələrdə, 1 l, 750 ml, 500 ml, 330 ml və 250 ml həcmində – sadə və ya az qazlı. Sole Classic Italian istənilən yemək üçün münasibdir.
Sole Classic Italian yüksək keyfiyyəti, natriumun aşağı miqdarı ilə fərqlənərək, sərinləşdirici, saf və bir qədər şirin dada malikdir.
Sole Classic Italian istənilən süfrən igözəl tamamlayacaq.
Artenin mövcud çeşidi – 75 cl və 33cl tutumunda – Sole kolleksiyasının ən sonuncu üzvlərindəndir. Çoxtaraşlı şəffaf şüşələrdə qablaşdırılan adi və ya azqazlı Arte yeni nəfis formada Sole suyunun eyni təravətli dadını təqdim edir.
Əsl sənət gözəlliyə olan məhəbbətdən doğaraq, öz unikallığı və yenilikçiliyi ilə insanları cəlb etməlidir. Arte şüşəsində sənətin bu xüsusiyyəti aşkar əks olunur. Saf, şəffaf süşənin girdə alt hissəsindən yuxarıya doğru ucalıb daralaran və səkkizbucaq yaradan tinləri göz oxşayır.
Ən nəfis italyan restoranlarında Arte süfrənin yaraşığıdır. O, sevgi ilə istehsal olunan təbii su ideyasının tərənnümü olaraq, yüksək sənət ideallarına da xidmət edir.
ACQUA ARMANI – təbii italyan mineral suyu – premium sinfinə aiddir. Dünyanın ən məşhur restoranlarında ondan istifadə edir və yüksək qiymətləndirirlər. Sole «oliqomineral» suyu sayılır, onun tərkibində mineralların miqdarı az, natriumun səviyyəsi isə çox aşağıdır.
Şüşələrə Lombardiyada, italyan Alplarının ətəyində, yüksək gigiyena və keyfiyyətə nəzarət standartlarına tam uyğun şəkildə qablaşdırılır.
ACQUA ARMANI qazsız və qazlı növdə, 750 ml və 330 ml tutumlu şüşələrdə təqdim olunur.
Deco, dünyanın ən yaxşı restoranlarında xidmət göstərən, əla keyfiyyətli təbii mineral suyudur.
Təhlükəsiz və gigiyenik alüminium kapsulalar, qazlı su — qızıl və qazsız su — gümüş.
Deco üslubundan ilhamlanan gənc Milanli dizayner yeni şəffaf etiketləri yaradıldı.
Deco, qazlı və qazsız su, beş ölçülərdə (1000 ml, 750 ml, 500 ml, 330 ml və 250 m) yüksək keyfiyyətli altıbucaqlı şəffaf şüşələrdə satılır.
L’ITALIANA – nəfis, ənənəvi italyan şüşələrində. Etiket məşhur Milanese Design House tərəfindən hazırlanmışdır.
Şüşə boyundakı etiket Bode ailəsinin 1906-cı ildən bu yana Fonte Sole mənbəyində işlədiyini göstərir.
Qazsız və yüngül qazlı su 1000 ml, 500 ml və 250 ml şüşə qabiliyyətlidir.
Dadı: zərif mineral kompozisiya, sərinləşdirici və qıcıqlı. Tərkibindəki CO2: 1 litrdə 6 qr. Həll olunmuş mineralların miqdarı: 1560 mq.
Almaniyanın klassik Selters suyu unikal dadı ilə yanaşı yüksək karbonlaşma və balanslı minerallaşma sayəsində güclü sərinləşdirici və xoş qıcıqlandırıcı effektə malikdir.
Selters Klassik mülayim üzüm növlərindən hazırlanmış çaxırlarla, məsələn, Chasselas, Silvaner, Pinot və saflaşdırılmış şirin şərab növləri ilə çox uyğundur.
Selters Klassik 0,275 və 0,8 litr tutumlu firuzəyi göy şüşələrdə satılır.
Selters Naturell öz yumşaqlığı ilə seçilir, eyni zamanda bu su tam qazsızdır. Natriumun miqdarı aşağı olan balanslı mineral tərkibi sayəsində uşaq qidasının hazırlanması üçün idealdır, eyni zamanda kəskin yeməklərin intensivliyini yumşaldır. Zəngin qırmızı şərablarla əla uyğunlaşır.
Selters Naturell 0,275 və 0,8 litr tutumlu firuzəyi göy şüşələrdə satılır.
Əlavə məlumət üçün Facebook və/ya Instgram səhifəmizi izləyin.
Ünvan:
X. Şuşinski küç., 66, Bakı, Azərbaycan Respublikası, AZ1007
Telefonlar: +994 12 449 60 66, +994 12 449 66 60
e-mail: [email protected]
İş saatları:
09:00 – 18:00 (+4 GMT) Bazar ertəsi – Cümə
Sosial şəbəkələrdə səhifələr:
Facebook: www.facebook.com/acquaretems/
Instagram: @acquaretems